“Qarabağ” Futbol Klubu Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə müqavilə bağlayıb.
Mia.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə 1 illik müqavilə müddətində o, 77 nömrəli forma ilə çıxış edəcək.
R.Şeydayev bundan əvvəl “Qarabağ”da oynayıb: 2017-18 və 2021-23-cü illərdə o, “Qarabağ”ın formasıyla 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunun sevincini yaşayıb. 2022-23-cü il mövsümündə 22 qolla Premyer Liqanın bombardiri olub. Milli komandada keçirdiyi 69 oyunda 10 qol vurub. Rusiya və Türkiyə, Slovakiya, Tailand klublarında, o cümlədən Azərbaycanda “Neftçi” və “Sabah”da iştirak edib.
Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami MME, Joni Montiel və Kamilo Durandan sonra Ramil Şeydayev “Qarabağ”ın bu mövsüm aldığı 7-ci oyunçudu.
Şeydayev üçün “Qarabağ”ın nə qədər pul ödədiyini bilmirik. Hansı mövqedə mübarizə aparacağını da təxmin etmək olmur. Klub son vaxtlarda futbolçularda mövqe dəyişikliyi etməyi sevir. E.Addai dünənə kimi yarımmüdafiəçiydi, amma “Qarabağ” Avroliqa oyunlarında onu hücumçu kimi çıxardı.
Yaxud K.Duran mərkəz müdafiəçi olduğu halda, Avroliqa oyunlarında hücumçu olaraq qol vurdu o gün “Benfika”ya. Yəni, Şeydayev əslində hücumçudu, baş məşqçi Qurban Qurbanovun strateji planında istənilən mövqeyə yerləşdirilə bilər. Q.Qurbanovun N.Axundzadənin zədələnməsi, son oyunda M.Yankoviçin də zədə alması səbəbilə Şeydayevi dəyərləndirdiyi deyilir də, amma Şeydayev teması hələ bundan əvvəl də vardı. Hərçənd bu temaya birbaşa aydınlıq gətirməkdən yayınmışdı Qurban hoca.
R.Şeydayevə nə qədər pul ödənildiyini inanın ki, çox bilmək istəyirəm. Avroliqa oyunları öncəsi “Qarabağ”ın prezidenti Tahir Gözəlin məşhur kəlamını yenə xatırlayaraq düşünürəm ki, onlar Şeydayevə çox pul xərcləməyib. Ramil olsuz da bundan əvvəl onların formasını geyinib, hazırda sərbəst oyunçudu, nə qədər pul verəcəklər ki, ona? Komandanın digər oyunçularından heç bir zaman üstün statusda ola bilməz Şeydayev qonorar baxımından.
Bu mənada düşünürəm ki, Şeydayev “Qarabağ”ın cibindən çox pul aparmadığı üçün komandanın ona xüsusi təpkisi olmayacaq və ona həqiqətən pas verəcəklər oyun zamanı.
Bundan başqa “Neftçi”də gözümçıxdıya salınan və sonra müqaviləsinə xitam verilən Şeydayevin “Qarabağ”la sövdələşməsindən təkcə pul yox, həm də toy ətri gəlir.
Nöşün ki, Şeydayevin həm də könül işlərinə bağlı sevdalaşmasına şahid ola bilərik bundan sonra.
Mən bütün sevdalara sevinirəm.
Xeyirli olsun.
Zülfiyyə Mustafayeva
Mia.az