"Fənərbağça"nın növbədənkənar ümumi yığıncağı öncəsi sabiq başqan Əziz Yıldırım diqqəti çəkən açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 20-21 sentyabr 2025-ci il tarixlərində keçiriləcək konfransda luub prezidentliyinə namizədlərdən heç birinə dəstək verməyəcəyini deyib.
O deyib ki, bu yığıncaq klubun xeyrinə deyil: ""Fənərbağça"nın xeyrinə olduğuna inanmadığım bu konqresə qatılmaq fikrində deyiləm. Üstəlik, hazırkı iki prezidentliyə namizədin heç birini dəstəkləmirəm. Bu, mənim mövqeyimdir və hər kəsdən adımı hallandırmamağı xahiş edirəm".
Fərid
MİA.AZ