"Qalatasaray"ın təcrübəli futbolçusu İlkay Gündoğan UEFA Çempionlar Liqasının ilk turunda ötən gecə Almaniyanın "“Ayntraxt" komandasına böyük hesabla (5:1) məğlubiyyətlə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu məğlubiyyətdən dərs alacaqlarını deyib.

Təcrübəli oyunçu bldirib ki oyuna əla başlayıblar: "Matça çox yaxşı başladıq. İlk 35-40 dəqiqədə hər şey bizim nəzarətdə idi, qol da vurduq. İkinci qol üçün bir neçə epizodumuz da oldu. Lakin belə bir anda çox sadə qollar buraxdıq, bu da bizim motivasiyanı alt-üst elədi.  İkinci hissəyə 3-1 geridə başlamaq bizim üçün çətin oldu. Əlimizdən gələni etdik, amma alınmadı"

Komandanın potensialına inamını ifadə edən futbolçu daha sonda deyib: "Bu, bizim üçün dərs olmalıdır. Qarşıdakı matçlarda bizi daha yaxşı rəqiblər gözləyir. Ümid edirəm ki, bu matçdan dərs alacağıq. Mən bu komandaya inanıram".

Fərid

MİA.AZ