Bu gün Çempionlar Liqasının əsas mərhələsində I turunda "Qalatasaray" səfərdə Almaniya komandası “Ayntraxt” ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 23.00-da başlayan oyunun 7-ci dəqiqəsində "Qalatasaray” hesabı açıb.
Yunis Akgün Sanenin ötürüməsini qola çevirib - 0:1.
36-cı dəqiqədə ev sahibləri bərabərlik qolunu vurub - 1:1
42-ci dəqiqədə Barış Yılmazın vurduğu qolu hakim qayda pozuntusu səbəbiylə qeydə almayıb.
45+2-də almanlar önə keçiblər - 2:1
45+5-də almanlar daha bir qol vurub. VAR yoxlamasından sonra mübahisəli qol qeydə alınıb - 3:1
57-ci dəqiqədə "Qalatasaray" dəyişiklik edib. Argentinal hücumçu İkardi Leminanın yerinə meydana daxil olub.
69-da almanlar daha bir qola imza atıb - 4:1
75-də ev sahibləri növbəti dəfə "Qalatasaray"ın qapı torunu silkələyib - 5:1
Oyun bu hesabla başa çatıb.
Fərid
MİA.AZ