Türkiyə Super Liqasının 1-ci həftəsinin təxirə salınan matçında "Fənərbağça" və "Korendon Alanyaspor" üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 90+3-cü dəqiqədə qol buraxan "Fənərbağça" oyundan bərabər hesabla dönüb - 2-2.
Oyunun 90+3-cü dəqiqəsində qədər 2-1 öndə olan “Fənərbağça” 90+3-cü dəqiqədə qapıçı İrfan Can Eğribayatın kobud səhviylə qol buraxmasından sonra isə stadionda azarkeşlərin böyük uğultusu yaranıb.
Məlumata görə, qəzəbini boğa bilməyən azarkeşlər klub prezidenti Ali Koçu istefaya çağırıblar: "Ali Koç, rədd ol, istefa ver!".
Fərid
MİA.AZ