AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun şikayətinə "yox" deyib.
Mia.az xəbər verir ki, bununla da AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə qalıb.
Xatırladaq ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları oyunda rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 3 oyunluq cəzalanıb, klub isə 3000 manat cərimə olunub.