UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Benfika": Anatoliy Trubin, Antonio Silva, Enço Barrenеçеа, Fredrik Eursnes, Qeorqiy Sudakov, Vanqelis Pavlidis, Amar Dediç, Riçard Rios, Andreas Şelderup , Samuel Dal, Nikolas Otamendi (K)
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges (K), Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.