Dünən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci növbədənkənar qurultayı ilə 6 aprel 2025-ci ildə keçirilən 21-ci fövqəladə Qurultayının ləğvi ilə bağlı məhkəmə işinin təxirə salınmasının ardından partiyanın sabiq sədir Kamal Kılıçdaroğlundan "səs çıxıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik bu prosesin onun müvəkkili ilə bağlanmasını qeyri-etik sayıb: ""Hörmətli Kamal bəy CHP-yə zərər verməmək üçün indiyə qədər susub. O, heç vaxt partiyamıza zərər verməyib, verməz də. Bu işin (qurultayən ləğvi tələbini nəzərdə tutur - Mia.az) cənab Kamal bəylə heç bir əlaqəsi yoxdur. Ancaq çox axmaq bir proseslə üzləşdik, əxlaqsız böhtanlarla baş-başa qaldıq. Bəziləri Kılıçdaroğluna qarşı ağza alınmayacq sözlər sərf etdi..."

Xatırladaq ki, məhkəmə işi oktyabrın 24-ü, saat 10:00-a təxirə salınıb. 

Firudin Səfərli
MİA.AZ