Türkiyənin ana müxalifət partiyası CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci növbədənkənar Qurultayı ilə 6 aprel 2025-ci ildə keçirilən 21-ci Qurultayının ləğvi tələbi ilə bağlı məhkəmə başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara 42-ci Mülki Cəza Məhkəməsində keçirilən prosesdə CHP-nin vəkilləri Çağlar Çağlayan və Mehmet Can Keysan, eləcə də qurultay nümayəndələrini təmsil edən vəkil Onur Yusuf Üregen iştirak edib.
İclas vəkillərin ifadəsinin dinlənilməsi ilə davam edib.
Müzakirələrdən sonra proses oktyabrın 24-nə təxirə salınıb.
Xatırladaq ki, Ankara Baş Prokurorluğu CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci növbədənkənar qurultayı ilə bağlı istintaqa başlayıb. Keçmiş Hatay Bələdiyyə Başçısı Lütfü Savaş və bir neçə nümayəndə isə CHP-nin 4-5 noyabr 2023-cü il tarixli qurultayının ləğvi üçün ayrı-ayrılıqda iddia qaldırıb. İddialar fevralın 14-də Ankara 42-ci Mülki İnstansiya Məhkəməsində iş materiallarında birləşdirilib.
Firudin Səfərli
MİA.AZ