"Qalatasaray" klubunun rəhbərliyi mövsümün sonunda müqabiləsi başa çatacaq 22 yaşlı Yusuf Dəmirə yeni müqavilə təklif edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub yeni müqavilə üçün ondan hazırda aldığı illik 950 min avroluq maaşına endirim istəyib.
Məlumata görə, futbolçu bu təklifi rədd edib.
Məlumatda deyilir ki, bu səbəbdən "Qalatasaray" klubu onu yanvar ayındakı transfer dönəmində satmağa çalışacaq: "Əgər sata bilməsələr, o, mövsümün sonunda azad agent statusu qazancaq"
Xatırladaq ki, 2022-ci ilin yayında 6 milyon avro qarşılığında “Rapid Vyana”dan transfer olunan Yusuf Dəmir “Qalatasaray”da gözləntiləri doğrultmayıb. 2023-2024-cü il mövsümünü icarə əsasında "Bazel"də keçirən futbolçu bu mövsüm "sarı-qırmızılılar"ın heyətinə geri dönüb. Klub bu dəfə onu icarəyə də verə bilməyib.
Onu da qeyd edək ki, Yusuf Dəmir "Qalatasaray"ın heyətində 23 rəsmi matçda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Fərid Əhmədov
MİA.AZ