"Beşiktaş" klubunun anlaşdığı təcrübəli hücumçu Jota Silva İstanbula gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəxsi təyyarə ilə gələn portuqaliyalı futbolçunu "ağ-qara" klubun rəsmiləri və bir qrup azarkeş qarşılayıb.

26 yaşlı futbolçu şəkil çəkdirib, daha sonra hava limanını tərk edib.

Jota Silva tibbi müayinədən keçdikdən sonra son transfer günündə "Beşiktaş" ilə müqavilə imzalayacaq.

Fərid

MİA.AZ