"Şərtlər nə olursa olsun, hörməyli prezidentimizin vəzifəsinin davamından yanayam. 2028-ci ildə namizəd olarsa, biz MHP olaraq tam dəstəyimizi verəcəyik”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğanın əsas müttəfiqi olan MHP lideri Dövlət Baxçalı “Sabah” qəzetinə müsahibəsində deyib.

MHP sədri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olma şansı barədə suala belə cavab verib: "Möhtərəm Prezidentimizlə dostluqdan daha çox, MHP-nin o posta göstərdiyi hörmət var. Bu hörmət qarşılıqlı olanda, sizi düşünmə və paylaşma nöqtəsinə gətirir. Türkiyə 15 iyul FETÖ hadisələrindən sonra çox kritik mərhələlərdən keçdi. Cənab Prezidentimizin çox dəyərli fəaliyyəti ölkəmiz üçün faydalı oldu. Ola bilsin ki, sosial və iqtisadi sahələrdə çətinliklər var, ancaq bunlar aşılmayacaq problemlər deyil. Şərtlər nə olursa olsun, hörməyli prezidentimizin vəzifəsinin davamından yanayam. 2028-ci ildə namizəd olarsa, biz MHP olaraq tam dəstəyimizi verəcəyik”.

Firidin Səfərli
MİA.AZ