Çexiya Futbol Federasiyası baş məşqçi postuna Fatih Terimi gətirmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, federiyasiya rəhbərliyi "İmperator" ləqəbli Fatih Terimlə danışıqlar aparmaq niyyətindədir.

Bildirilib ki, onun əldə etdiyi uğurlar və taktiki bilikləri səbəbindən Çexiya millisinin rəhbərliyi siyahının ən başına təcrübəli məşqçini yazıb.

Fərid

MİA.AZ