Türkiyə Super Liqa komandalarından Kasımpaşa, yarımmüdafiəçi Loret Sadiku ilə yollarını ayırdığını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Kasımpaşa" klubu bununla bağlı açıqlama yayıb.
Açıqlamada deyilib:
"Kasımpaşanın uzun illər heyətində çıxış edən Loret Sadiku qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Ona göstərdiyi səylərə və töhfələrə görə təşəkkür edir və karyerasının növbəti fəsilində uğurlar arzulayırıq."
Fərid
MİA.AZ