Almaniyanın "Volfsburq" komandası danimarkalı futbolçu Kristian Erikseni heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Daha əvvəl “Ayaks”, “Tottenhem”, “İnter” və “Brentford”da çıxış edən təcrübəli yarımmüdafiəçi son olaraq “Mançester Yunayted”də çıxış edib.

Xatırladaq ki, ötən mövsümün sonunda müqaviləsi başa çatan "Mançester Yunayted"dən ayrılan Eriksen komandada 107 matça çıxıb və 8 qol vurub.

Fərid

MİA.AZ