Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.