Dövlət Baxçalının lideri olduğu Milliyyətçi Hərəkat Partiyası və Ülkü Ocakları qərargahı "Fənərbağça"da keçiriləcək prezident seçkilərində klubun hazırkı rəhbəri Ali Koça tam dəstək mesajı veriblər.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, bu barədə MHP sədrinin baş müşaviri Eyyüp Yıldız və Ülkü Ocakları Ankara təşkilatının İədri Ömər Şanlı sosial mediada paylaşımlar ediblər.
MHP-nin baş müşaviri Eyyüp Yıldız paylaşımında Ali Koçun Dövlət Baxçalını MHP-nin qərargahında ziyarət edərkən çəkilmiş fotolarını paylaşaraq yazıb: ""Fənərbağça"nın qurultayında qeyd-şərtsiz dəstəyimiz Ali Koçadır".
Hər iki şəxsin partiya adından verilən mesajlarını aşağıda təqdim edirik:
Fərid ASLAN
MİA.AZ