"Fənərbağça" klubu yeni baş məqşçi ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi Domeniko Tedeskonun baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Bildirilib ki, onunla iki illik müqavilə imzalanıb: "Domeniko Tedeskonu köməkçisi isə uzun illər formamızı geyinmiş keçmiş kapitanlarımızdan Gökhan Gönüldür. Onlarla iki illik müqavilə imzalanacaq".
İmzalanma mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.
Fərid Əhmədov
MİA.AZ