Türkiyədə 3 komanda Ziraat Kubokundan uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Kubokun ilk tur matçlarına təyin olunmuş vaxtda gələ bilməmələri olub.

Bundan sonra "Diyarbəkirspor", "Çankırı FK" və "Afyonspor"u 3:0 hesabı ilə məğlub hesab olunmaqla Ziraat Türkiyə Kubokundan kənarlaşdırıblar.

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar İntizam Şurasının (PFDK) verdiyi açıqlamaya görə, idarə heyəti bu qərarı yekdilliklə qəbul edib.

Fərid
MİA.AZ