"Fənərbağça" 21 yaşlı sağ cinah müdafiəçisi Oqnyen Mimoviçi "Pafos"a icarəyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" klubu bununla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Klubumuz futbolçumuz Oqnyen Mimoviçin mövsümün sonuna qədər icarə transferi üçün "Pafos" ilə razılığa gəlib. Futbolçumuza zədəsiz mövsüm arzulayırıq."
Fərid
MİA.AZ