Keçmiş deputat, Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev modern.az-a səhhətiylə bağlı açıqlama verib.

Mia.az xəbərt verir ki, o, sayta açıqlamasında səhhətində problem yarandığı barədə deyilənləri az qala “top-tüfənglə” qarşılayıb:“Bunu kim deyirsə qələt edir, səhv edir! Mən hər gün idmanla məşğul oluram, üzgüçülüyə gedib-gəlirəm. Xahiş edirəm bu məsələni qapadın, belə bir hal yoxdur. Mətbuata deyəsi əlavə sözüm yoxdur, mən siaysətdən tamamilə uzaqlaşmışam. Hazırda təqaüddəyəm”.

Əhəd Abıyev başqa bir açıqlamasının olmayacağını vurğulayaraq, jurnalistləri onu narahat etməməyə çağırıb.

MİA.AZ