"Beşiktaş" çexiyalı cinah hücumçusu Vatslav Çerni ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu haqda açıqlama yayıb.
Açıqlamada bildirilib ki, çexiyalı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Çerni ötən mövsüm icarə əsasında "Reyncers"də çıxış edib. O, 52 matçda çıxış edib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fərid Əhmədov
MİA.AZ