"Beşiktaş" klubu Kenni Arroyonu Braziliyanın "Cruzeiro" komandasına satıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu haqda məlumat yayıb.
Məlumatda deyilir:
"Peşəkar futbolçumuz Keni Arroyonun son transferi ilə bağlı "Cruzeiro EC" ilə razılıq əldə olunub. Bunu hörmətlə ictimaiyyətə təqdim edirik."
"Cruzeiro" klubunun açıqlamasında da bildirilib ki, gənc cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb.
İddia edilir ki, "Beşiktaş" Arroyonu 9.5 milyon avroya satıb.
Fərid Əhmədov
MİA.AZ