"Liverpul" rekord qiymətə Aleksandr İsakı transfer edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan yayılan açıqlamada bildirilib ki, ulduz hücumçu ilə 6 illik müqavilə imzalanıb.
Məlumatda bildirilib ki, "Liverpul" İsak üçün "Nyukasl Yunayted"ə 150 milyon avro ödəyəcək.
Aleksandr İsak Premyer Liqa tarixinin ən çox transfer haqqı ödənən futbolçusu rekordunu qırıb.
Xatırladaq ki, İsak 9 nömrəli formanı geyinəcək.
Fərid Əhmədov
MİA.AZ