"Beşiktaş"ın bosniyalı yarımmüdafiəçisi Amir Hadziahmetoviç İngiltərədə çıxış edən "Hall Siti"yə mövsümün sonuna qədər icarəyə verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda "Beşiktaş" klubu rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Peşəkar futbolçumuz Amir Hadziahmetoviçin 2025-26 mövsümünün sonuna qədər müvəqqəti transferi üçün "Hall Siti" ilə razılıq əldə olunub. Amir Hadziahmetoviçə yeni klubunda uğurlar arzulayır və onu hörmətlə ictimaiyyətə təqdim edirik."
Fərid Əhmədov
MİA.AZ