İtaliyanın "Udineze" klubu "Qalatasaray"dan Nikolo Zaniolonu icarəyə götürdüyünü açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 26 yaşlı italyan oyunçunun 30 iyun 2026-cı ilə qədər satınalma şərtilə icarəyə verildiyini açıqlayıb.

Zaniolo "ağ-qaralar"ın heyətində 10 nömrəli formanı geyinəcək.

Fərid Əhmədov

MİA.AZ