"Fənərbağça" gənc futbolçusu Yusuf Akçiçekin "Əl Hilal"a transfer olunduğunu açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı "Fənərbağça" klubu açıqlama yayıb.
Açıqlamada deyilir:
"Futbol akademiyamızda yetişən futbolçumuz Yusuf Akçiçekin transferi ilə bağlı “Əl Hilal” klubu ilə razılıq əldə olunub."
Məlumatda bildirilib ki, "Fənərbağça" bu transferdən 22 milyon avro qazanacaq.
Fərid Əhmədov
MİA.AZ