Ərdoğanın lideri olduğu AK Partiyadan İstanbulda deputat seçilmiş sabiq daxili işlər naziri Süleyman Soylu uzun bir fasilədən sonra səsizliyini pozub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğanın daha 8 il ölkəyə rəhbərlik etməsini mütləq sayıb.
Jurnalist Adem Metanın "Ərdoğandan sonrakı dövr müzakirə olunur. Bu mövzuda prezidentliyə bəzi iddialılarınadları çəkilir. Süleyman Soylu perspektivdə kimi dəstəkləyəcək?" sualına cavab verən sabiq nazir deyib ki, o, yalınız Ərdoğan yolunu tanıyır: "Belə liderlər hər 100 ildən bir gəlir. Tayyib Ərdoğanın Türkiyəyə daha 3-4 sahədə böyük töhfələri var. Türkiyə öz təyyarəsini, öz təyyarə mühərriklərini yaratmalıdır. Öz hava hücumundan müdafiə sistemini tamamlamalıdır. Demoqrafik quruluşunu canlandırmalıdır. Terrorsuz Türkiyəni tamamlamalıdır. Tayyib Ərdoğan olmadan Türkiyəyə bunları tamamlamağa imkan verməzlər. Mən isə birmənalı olaraq Ərdoğanın liderliyinə bağlıyam. Son dörddəbir əsrdə Tayyip Ərdoğandan başqa heç kəs həm daxili, həm də xarici təzyiqlərə tab gətirə bilmədi. Mən bir ənənəçiyəm, Tayyib Ərdoğanın göstərdiyi yolla gedəcəyəm. O, gələcək üçün kimi işarət edərsə, onu dəstəkləyəcəyik"
Lamiyə Əhmədli
MİA.AZ