Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana zəlzələdə ölənlərlə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumatda deyilir: "Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".

Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800-ü ötüb.