Surirya və Türkiyədə terror təşkilatı kimi tanıann kürd silahlılarının cəmləşdiyi YPG qruplaşması Suriya Ordusunun mümkün hücum əməliyyatına qarşı Rakka və Tabqada yeni yeraltı tunel şəbəkələri qazmağa başlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Rakkada döyüş məqsədiylə bir-birilə bağlantısı olan on dörd yeni yeraltı tunel girişi müəyyən edilib.

Məlumata görə, onlardan bəziləri stadionların və parkların ətrafında, hətta xəstəxananın altında yerləşir: "YPG Suriya Ordusunun mümkün hərbi əməliyyatı üçün yeni hazırlıqlara başlayıb. Kürd silahlıları Suriyanın yeni rejimi ilə martın 10-da əldə olunmuş razılaşmanı pozaraq silahları yerə qoymadı, əksinə, Fərat çayının şərqindəki bir çox bölgədə - başda Rakka və Tabqa olmaqla döyüş hazırlığı məqsədiylə tunel qazıntılarını sürətləndirib. Son iki ayda bu istiqamətdə işlər daha da genişləndirilib. Açıq mənbələrə və peyk görüntülərinə görə, təşkilat üzvləri təkcə Rakkada kilometrlərlə uzunluğa sahib olan 14 yeni tunel girişi qazıblar. Onlardan səkkizinin stadionların ətrafında, park və bağlarda yerləşdiyi bildirilir. Hətta bəzi tunellərin xəstəxanaının işinnə çıxışı da var. Bundann başqa, vaxtilə ABŞ-ın verdiyi hərbi texnikalar təmas xəttlərinə yerləşdirilib, strateji bölgələrdə istehkamlar yaradılıb. Bu, açıq şəkildə yerli hökumətə tabe olmamaq, onunla savaşa ahzır olmaq mesajıdır".

Xəbərdə o da deyilir ki, YPG tunellərə giriş-çıxışların havadan görüntülənməməsi üçün, daha dəqiqi, gizli saxlanılması üçün müxtəlif vasitələrdən istifadə edir: "Giriş-çıxış açılan yerlər hasara alınır, üzərinə örtük çəkilir..."

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə prezident Ərdoğan Malazgirt Zəfərinin 954-cü ildönümü mərasimində YPG-nin müharibə ahzırlığlnda olduğuna işarə vuraraq onlara xəbərdarlıq edib: "Suriyadakı kürdlərin təhlükəsizliyinin qarantı Türkiyədir. Üzünü Ankara və Dəməşqə tutanlar qazanacaq, qibləsini itirənlər məğlub olacaqlar. Qılınc qınından çıxsa, daha qələmə və sözə yer qalmayacaq"

YPG-nin qazdığı tunellərlə bağlı yayılan fotoları təqdim edirik:

Firudin Səfərli

MİA.AZ