Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran vətəndaşlarının ölkəyə girişinə və hətta tranzitinə qadağa qoyub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Emirates Airlines şirkətinin veb saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, İran pasportu daşıyan sərnişinlərin Körfəz ölkəsinə girişinə və ya tranzitinə bundan sonra icazə verilməyəcək: “Dərhal qüvvəyə minən qərar qüvvədə olan BƏƏ yaşayış vizalarına sahib olanlar da daxil olmaqla, bütün İran vətəndaşlarını əhatə edir”.
BƏƏ səlahiyyətliləri isə “Emirates Airlines“ şirkətinin bu xəbərdarlığına izahat verməyib.
Tahir Şəlvəli
MİA.AZ