“İrana qarşı əməliyyatda NATO müttəfiqlərimizdən gözlədiyimiz dəstəyi almadıq. Bu səbəbdən münaqişələrdən sonra Alyans və oradakı durumumuzla bağlı məsələyə, o cümlədən əlaqələrə baxacağıq”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, ABŞ-ın tələblərinə baxmayaraq, Hörmüz boğazına dəstək göndərməyən və ya bazaların istifadəsinə icazə verməyən NATO müttəfiqlərini davranışı Alyansın bütövlüyünü şübhə altına alıb: "Biz onlardan hava hücumları keçirmələrini istəmirik. Onların hərbi bazalarından istifadə etməli olduğumuz zaman cavab "xeyr"dir. O zaman sual olunur: bəs niyə NATO-dayıq?".
Rubio deyib ki, senator olduğu dövrdən bəri NATO-nu qətiyyətlə müdafiə edib: “Ancaq indi görürəm ki, NATO-da getdikcə şox şey birtərəfli münasibətə çevrilib. Sözsüz ki, NATO ilə bağlı son qərar ABŞ prezidenti Donald Tramp verəcək. Lakin dediyim kimi, İranla münaqişə bitdikdən sonra bu münasibətləri yenidən qiymətləndirməli olacağıq. NATO-nun və bu Alyansın ölkəmiz üçün dəyəri qalıbmı? Buna baxacağıq”.
Samir MUSAYEV
MİA.AZ