Bu dəqiqələrdə (saat 00.34) Bakıda zəlzələ olub.
Mia.az xəbər verir ki, zəlzələ kifayət qədər güclü hiss edilib.
Hətta Səbail rayonunda yerləşən "Jurnalistləri Binası" da silkələnib.
Xəbər yenilənəcək.
***
Xəzər dənizinin Rusiya tərəfində, o cümlədən Mahaçqalada bu dəqiqələrdə 5.5, Dərbənddə isə 6 bal gücündə zəlzələ baş verib.
Mia.az xəbər verir ki, məlumatı Rusiya mediası yerli qurumlara istinadla yazıb.
Azərbaycanın rəsmi qurumlarından isə hələ ki heç bir açıqlama yoxdur.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.
Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.
F.Əhməd
MİA.AZ