Qəzzada daha bir jurnalist öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi bəyanat yayıb.

Bildirilib ki, Fələstin dövlət televiziyasının operatoru Xalid əl-Medhunun Qəzza zolağının şimalındakı Zikim bölgəsində İsrail ordusunun hücumu nəticəsində həlak olub: "Həmkarımız jurnalist Xalid əl-Medhunun şəhadətindən dərin hüznlə kədərləndik. O, Zikimdəki hadisələri işıqlandırarkən İsrail işğalçı qüvvələrinin birbaşa hücumu nəticəsində şəhid oldu..."

Bəyanatda deyilir ki, İsrail hərbçiləri jurnalistləri məqsədli şəkildə hədəfə alır: "Çünki onlar həqiqəti gizlətmək və fələstinlilərin səsini susdurmaə hədəfləyiblər..."

Məlumatda deyilir ki, bu hadisə ilə Qəzza zolağında öldürülən jurnalistlərin sayı 240-a yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ