Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək.

Mia.az xəbər verir ki, bunu Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva deyib.

Onun sözlərinə görə, QHT-lərin layihə təkliflərini hazırlaması üçün onlara 2 ay vaxt veriləcək: "Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. 7 əsas mövzu istiqaməti veriləcək. Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”(report).