Bir ara ABŞ prezidenti Trampı açıqlamaları ilə qəzəbləndirən Rusiyanın sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ilə sülh danışıqlarına münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, NATO əsgərlərinin sülhməramlı və ya hansısa formada təhlükəsizlik zəmanəti adıya Ukraynaya girmələrini qəbul etməyəcəklərini açıq şəkildə dilə gətirib: "Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək fikrindən hələ də əl çəkməyib. Hər kəs bilir və bilməlidir ki, Rusiya NATO əsgərlərini Ukraynada hər hansı bir formada qəbul etməyəcək".

Medvedev daha sonra Makronu təhqir edib: “O, xoruzluq etmək istəyir. Lakin qısıq səsli, zavalı quş özünü hinin kralı olduğunu sübut etmək üçün banlamağa davam edir”.

Samir MUSAYEV
MİA.AZ