İsrail bu gün səhər saatlarından etibarən Qəzza zolağına yenidən zərbələr endiməyə başlayıb.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, nəticədə 5-i uşaq olmaqla, 43 nəfər həyatla vidalaşıb.

Fələtsinmənvbələri bildirir ki, ən çox itki mülki əhalinin humanitar yardım gözlədikləri bölgələrdə olub: "İsrail hərbçiləri Cibəliyyənin ən-Nazla bölgəsində, Qəzzanın cənubundakı Sabra məhəlləsində, Deyr Bəlaxın Barakah küçəsində, Bassa bölgəsində, Netzarim dəhlizindəki yardım paylama məntəqəsi yaxınlığında yardım gözləyənləri atəşə tutaraq 43 nəfəri öldürüb. Onların 5-i uşaq, 7-i qadındır. 100-dən çox yaralı var".

Tahir Şəlvəli
MİA.AZ