Niderlandda yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin ikinci 9 illik dönəmini yaşayan hakimi Julia Sebutinde maraqlı açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əslən uqandalı və "xristian sionist" olduğu iddia olunan hakim işlədiyi məhkəmədə İsrailn hazırkı Baş naziri haqqında verilmiş həbs qərarının yeganə əleyhdarı olması ilə qürur duyduğunu və sözügedən qərarın doğru saymadığını deyib.
Beynəlxalq Ədalət Məhkəməsində İsraili qeyd-şərtsiz dəstəkləyən uqandalı hakim Julia Sebutinde Niderlanda kilsə açılışnda çıxışında fanatik dindar təxəyyülü ilə bildirib ki, Tanrı onu İsraili "bəhanəsiz sevməyə" məsləhət verib: "Tanrı İsrailin yanında olmağım üçün mənə etibar və əmr edir. Ölkəm də İsrailə qarşıdır. Lakin İncildə qabaqcadan xəbər verilən “Son zaman”ın işarəti var. Qiyamət günündə olduğumuza çox güclü inamım var. Bunun işarətləri Yaxın Şərqdə görünür. Tarixin doğru tərəfində olmaq istəyirəm. İnanıram ki, vaxt daralır. Sizi İsraildəki prosesləri izləməyə dəvət edirəm. Tanrı mənə İsrailin yanında olmağımı əmr edir və mənə bu son günlərin bir parçası olmağıma iznə verdiyi üçün minnətdaram"
Tahir Şəlvəli
MİA.AZ