Bu gün 6-sı CHP-dən olmaq üzrə 9 bələdiyyə sədri Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyaya qatılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanbu gün AK Partiyanın yaranmasının 24-cü ildönümü ilə bağlı onların döş nişanını taxıb.
Ərdoğan açıqlamasında deyib ki, AK Partiya ailəsini yeni üzvlərlə genişləndirir: "Bizə qoşulan bütün dostlarımızı salamlayır, onlara ən səmimi salamlarımızı bildiririk".
ötən gün CHP-dən qalmaqallı şəkildə istefa verən və bu gün AK Partiyaya üzv olan Aydın Böyük Şəhər Bələdiyyə sədri Özlem Çerçioğlu isə təhdidlə istefa verməsi barədə iddiaları rədd edib: "Mən heç vaxt mühakimə olunmaqdan qorxmamışam, qorxmuram. Başımı dik tuturam. AK Partiya altında xidmət etməyə davam edəcəyəm".
Xatırladaq ki, Özlem Çerçioğlu ilə birlikdə AK Partiyaya qatılan bələdiyyə başçıları bunlardır:
- Aydın Söke Bələdiyyə sədri Mustafa İberya Arıkan
- Aydın Yenipazar Bələdiyyə sədri Malik Ercan
- Aydın Sultanhisar Bələdiyyə sədri Osman Yıldırımkaya
- Gaziantep Şehitkamil Bələdiyyə sədri Umut Yılmaz
- Yalovanın Altınova Bələdiyyə sədri Yasemin Fazlaca
- Isparta Yalvaç Bələdiyyə sədri Mustafa Kodal
- Aksaray Yeşiltepe Bələdiyyə sədri İsmayıl Akpınar,
- Kastamonu Bozkurt Bələdiyyə sədri Muammer Yanık
Lamiyə Əhmədli
MİA.AZ