Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatı son bir həftədə rekord məbləğdə artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TCMB həfətlik hesabat yayıb.

Hesabata əsasən, əvvəlki həftə ilə müqayisədə Mərkzəi Bankın valyuta ehtiyatı  5 milyard 377 milyon dollar artaraq 174 milyard 365 milyon dollara çatıb: "Bu dövrdə qızıl ehtiyatları da 2,679 milyard dollar artaraq 84,79 milyard dollardan 86,758 milyard dollara yüksəlib".

Lamiyə Əhmədli
MİA.AZ