"Fənərbağça" braziliyalı ulduzu Anderson Taliska haqqında yeni iddia yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 31 yaşlı furtolçu Braziliyanın “Flamenqo” komandası ilə danışıqlar aparır.
Brazilya mətbuatı yazır ki, onunla tezliklə yeni müqavilə imzalanacaq.
İstanbul klubundan bu xəbərə aydınlıq gətirilməyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ