ABŞ-ın Tennessi ştatında güclü yağış daşqınlara səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 3 nəfər ölüb, onlardan biri uşaqdır.
Ştatın fövqəladə hallar idarəsinin sözçüsü Emi Maksvell Tennessi faktı təsdiqləyib. Lakiin o, bildirib ki, ölüm faktı daşqınla əlaqəli olmayıb: "Çattanuqa bölgəsində güclü külək ağacı maşının üstünə aşırıb. Nəticədə maşında biri uşaq olmaqla üç nəfər avtomobildə ölüb".
Xəbərdə deyilir ki, güclü yağışlar və daşqınlar səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub.
Zülfiyyə Mustafayeva
MİA.AZ