Nigeriyanın Ebonyi əyalətində güclü yağışlar selə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 8 nəfer ölüb, azı 800 hektar əkin sahəsi və xeyl evlər su altında qalıb.

Məlumata görə, hökumət təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə əlavə qüvvə göndərib.

Hökumətdən bildirilib ki, bu il ölkədə baş verən daşqınlardan 140 228 nəfərin zərər çəkib: " 49 205 nəfər isə köçkün düşüblər".

Tahir Şəlvəli

MİA.AZ