ABŞ dövlət katibi Marko Rubio Bəlucistan Azadlıq Ordusunun (BLA) terror təşkilatları siyahısına əlavə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

Onun sözlərinə görə, BLA terror təşkilatıdır: "ABŞ-ın bu addımı terror qruplaşmasının maliyyəsini, resurslarını və beynəlxalq dəstəyini kəsmək məqsədi daşıyır".

Məlumatda deyilir ki, qərarın Pakistan Baş Qərargah rəisi Asim Münirin ABŞ-a səfərindən sonra verilməsi diqqət çəkib.

Qeyd edək ki, Pakistanda Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində tez-tez terror törədən BLA-nı illərdir zərərsizləşdirməkmümkün olmayıb. 

Yeri gəlmişkən, BLA Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bölgəni Bəluc xalqının idarə etməsini istəyir.

Firudin Səfərli
MİA.AZ