İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda daha 69 nəfər həyatı ilə vidalaşııb, 362 nəfər isə yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada ölənlərin sayı 61 499-a, yaralıların sayı isə 153575-ə çatıb"
Tahir Şəlvəli
MİA.AZ