İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə bir evi bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.
Məlumata görə, nəticədə bir ailənin 7 üzvü ölüb, digərləri yaralanıb.
Məlumatda o da deyilir ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 61 430 ölüb, 153 213 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ