İsrailin Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra zərbəsi nəticəsində ölən jurnalistlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.

Bildirilib ki, yaralı halda xəstəxanaya çatdırılan jurnalist Məhəmməd əl-Xalidi də bu gün dünyasını dəyişib: "O, “Sahat” media platformasında işləyirdi..."

Xatırladaq ki, İsrail ordusunun dünən gecə jurnalistlərin olduğu çadıra zərbəsi nəticəsində "Əl-Cəzirə"nin müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Qurayka daxill olmaqla, beş jurnalist həlak olmuşdi, bir neçə jurnalist isə yaralanmışdı.

Tahir Şəlvəli
MİA.AZ