Avstraliya Fələstin Dövlətini rəsmən tanımağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese açıqlama verib.
O bildirib ki, sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək iclasda Fələstin Dövlətini rəsmən tanıyacaqlarını elan edəcəklər: "Hesab edirik ki, bölgədə iki dövlətli (İsrail və Fələstin) həll Yaxın Şərqdəki zorakılığa son qoyulması və Qəzzada münaqişə, əzab və aclığa son qoyacaq".
Tahir Şəlvəli
MİA.AZ