İsrail ordusunun Qəzza zolağında humanitar yardım almaq istəyənləri yenə atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, Xan Yunis şəhərində yardımı gözləyənlərin atəşə tutulması nəticəsində azı 22 fələstinli ölüb, çoxlu sayda yaralananlar var.
Tahir Şəlvəli
MİA.AZ