İsrail ordusu İordan çayının qərb sahilinə basqın edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri ilə Burkin və Mislun qəsəbələrinə növbəti dəfə giriblər:
"Sadalanan bölgələrə basqınlar zamanı gərginlik yaranıb. Nəticədə ümumilikdə 12 nəfər saxlanılıb. Onlardan ikisi ana-baladır".
Tahir Şəlvəli
MİA.AZ